Həsənoğlu mebel
Şirkət Siyasətimiz
Şirkət Siyasətimiz
Vizyonumuz
Keyfiyyət və rahatlıq hər bir istehlakçının haqqıdır. Biz müştərilərimizə innovativ və yüksək keyfiyyətli məhsullar təklif edirik.
Yaratmağımız üçün yalnız bir yol var, o da hədəflərdir. Dövrümüzün ən unikal, funksional və uzun ömürlü istehsalat üslubu ilə hər gün daha da təkmilləşmək bizim fəaliyyət xəritəmizin əsas vizyonunu təşkil edir.
Missiyamız
Missiyamız bütün dövrlərə xitab edən, yaşamı asanlaşdıran və ətraf mühiti evimizin önəmli bir parçasına çevirərək dizayn və istehsalatı peşəkarlıqla sinxron həyata keçirməkdir.
Keyfiyyəti öndə tutaraq dəb və komfortun güvənli tərəfdaşı olaraq gələcəyə hədəflənmişik.
Sosial Aktivlik
Sosial aktivlik şirkətimizin dəyərlərindən biridir, bu səbəbdən də sosial layihələr planlayır və fəal iştirak edirik.
Şirkətin əməkdaşlarının bir birinə olan sağlam emosional münasibətinin, güvən və yoldaşlıq bağlarının möhkəmlənməsi, habelə işçilərin sosial fərd kimi daxilən yetişməsində böyük rol oynayan bu sosial fəaliyyətlərdən : filmlərin izlənməsi, futbol yarışları, xəstə ailələrin ziyarət edilməsi, maddi ehtiyyaclı insanlara maddi yardımda həmrəy olmaq, şirkət binasında işçilər üçün yeməkxana, komfortlu ofislər kimi açılışların təşkili və s. aktivliklər yer alır.