Biz kimik?

1991 ci ildən fəaliyyət göstərən Həsənoğlu mebel firması 50000 m2 qapalı məkanı olan fabrik, 3 satış mağazası da daxil olmaqla 250 nəfərlik işçi heyətinə sahibdir. Qiymətli və peşəkar usta heyəti ilə kiçik istehsal müəssisəsindən Azərbaycanın mebel  markasına çevrilən Həsənoğlu dünyanın ən yeni mebelçilik trendlərinin,yüksək standartlı sənayə tələblərinin ölkəmizdəki ilk icraçılarından biridir.

Keyfiyyətli Mebel

Şirkətin istehsal xətti bir neçə sahədən ibarətdir:Ağac lövhələrinin,mdf və laminatların kəsilməsi və quraşdırılması,mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin kombinləşməsi.Firmamız yataq,qonaq otağı,hall və uşaq otaqları üçün mebel dəstlərinin istehsalı ilə yanaşı,habelə yerli bazarın xammaddə ehtiyyaclarını da ən operativ və professional satışla həyata keçirir. Dünyanın sənaye nəhəngləri olan Almaniya,Avstriya,İtaliya,Danimarka və digər ölkələrin dəzgahlar ilə təchiz olunan Həsənoğlu yerli bazarda ən orijinal layihələri ərsəyə gətirməkdə,istənilən növ komfortlu ev və ofis mebellərinin ölkənin istənilən nöqtəsinə quraşdırılmada daim inkişaf tendensiyası ilə davam edir.

Bizim dəyərlərimiz

Davamlı olaraq məhsullarının qiymətləndirilməsini bazar reallıqlarına uyğunlaşdırmaqla bütün evlər üçün Həsənoğlu işləri əlçatanlığını qoruyur.30 illik fəaliyyət müddətini yalnız yerli mebel sənayesinin təkmilləşməsi və yeni mebel tələblərinin formalaşmasına deyil habelə dünyanın  global mebel sərgilərində davamlı iştirakı ilə istehsal və peşə keyfiyyətinin  yüksəlməsinə nail olmuşdur.Uzunillik səriştə və davamlı təkmilləşmə ilə zövqlərə individual yanaşma ilə özəllik prinsipini qoruyan Həsənoğlu mebel sənayesi  innovativ trendlərdən ən klassik üslublara qədər olan dizayn işləri ilə müştərilərin məmnunluğuna xidmət edir.İxtisaslı konstruktor və  memarlarından başlayaraq texniki və inzibati işçilərə qədər hər bir işçi Ölkənin mebel  sənayesi üçün bir kadr olaraq yetişdirilmişdir.Təkrarolunmaz ideya və dizayn,keyfiyyətli xammal və material Həsənoğlunun gənc və dinamik markaya çevrilməsinin ana açarı olmuşdur.Mebel çeşidlərimizi dünyanın Türkiyə,Ukrayna,RF ölkələrindən  ağac materialları idxal etməklə,müasir texnologiya ilə əldə olunan ekoloji təmiz xammadələrdən hazırlayır və yerli mebel təlabatını uğurla qarşılayırıq.Bu məhsulların xarici analoqları ilə müqayisədə rəqabətədavamlılığını qoruyuruq.“Made in azerbaijan” brendini dünyada,beynəlxalq əməkdaşlıq platformalarında layiqlə təmsil edən Həsənoğlu daxili bazarın lux mebel seqmentine uzun illərdir layiqlə xidmət edir.

Əlaqə