DİZAYN XİDMƏTİ
1991-ci ildən Mebelçilik işinə başlayan Həsənoğlu Ltd davamlı inkişafla özünü təkmilləşdirmək və istehsal sahəsini genişləndirərək istənilən bina və iaşə obyektlərinin interyer təmir işlərini də hayata keçirir.
Müstəsna texnologiyadan yararlanın
Yüksək ixtisaslı, uzun illərin təcrübəsinə dayanan bacarıqlı mütəxəssislərdən təşkil olunan texniki heyətlə hər cür interyer üçün memarlıq,inşaat, dizayn və dekorasiya işlərini layihələndiririk.Hazırladığımız layihələr sürətli,estetik,keyfiyyətli və istənilən büdcə üçün əlçatandır.Interyer dizayn və dekorasiya işlərimiz eviniz və ya ofisinizin istənilən məkanını komfortlu dəyişikliyinin uğurlu müəllifi ola bilər.
3D Dizayn
Bir mebel istehsalçısı olaraq zövq və üslubunuzun evinizin harmoniyasını ən yeni nəfəslə tamamlamaq üçün öncə memar və dizaynerlərin hazırladığı eskizlərlə həm interyer dekorasiya,hem de interyer dizayn işini paralel uyumlu şəkildə reallaşdırırıq.Yeni konseptin hazırlanmasından,inşaat hissəsinin planlamasından dizayn layihənin hazırlanmasına və mebellərin,habelə tamamlayıcı aksessuarların istehsalı və təchizatına qədər bütün işləri əhatə edən layihələrimiz ideal ev xəyallarınızı gerçək edəcək.